Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb


MALİYYƏ 23 yan 2021, 09:35

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.

 

ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)

01.01.2021

43 564,3

6 369,4

49 933,7

01.10.2020

43 288,6

6 491,4

49 780,0

01.07.2020

43 223,3

6 436,3

49 659,6

01.04.2020

41 349,5

6 393,8

47 743,3

01.01.2020

43 323,3

6 258,0

49 581,3



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top