Paşinyandan etiraf: "Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olub"

QARABAĞ 21 yan 2021, 13:16
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanın Şuşa şəhəri haqqında danışıb.

Yeniavaz.com "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, Paşinyan çıxışı zamanı illər əvvəl Şuşada yaşayan əhalinin 90 faizinin azərbaycanlılardan ibarət olduğunu deyib. 

Qeyd edək ki, Paşinyan bu sözləri Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın Şuşanı Ermənistan şəhəri adlandırmasından sonra deyib. Paşinyan bu cümlələri işlətdikdən sonra Ermıənistanda yenidən tənqid olunmağa başlayıb. Onu Ermənistanın XİN başçısının sözlərinin əksini söyləməkdə günahlandırıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top