AzTV cərimələndi — 5000 manat


GÜNDƏM 18 yan 2021, 15:07
Milli Televiziya və Radio Şurası ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib.

Demokrat.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top