BMT-nin baş katibi peyvənd olacaq

DÜNYA 16 yan 2021, 00:35
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş növbəlilik prinsipi əsasında gələn həftə ərzində yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, baş katibin yaşı 65-dən yuxarıdır və onun peyvənd olunması prosesi video və fotolar vasitəsi ilə ictimaiyyətə təqdim ediləcək.

BMT Baş Assambleyasının Sədri Volkan Bozkır da keçirdiyi mətbuat konfransında yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olacağını bildirib.

“Mənim üstünlüyüm var, çünki yaşım 65-dən yuxarıdır. Bu səbəbdən peyvəndin başlandığı elan edildikdə müraciət etdim. Mən 2 fevralda, həyat yoldaşım isə 4 fevralda gəlməliyəm. Ancaq bunun sədr olmağımla bağlı heç bir əlaqəm yoxdur, çünki 65 yaşım var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top