“Bəzi analar aliment almaqda çətinlik çəkirlər” — AÇIQLAMA

SOSİAL 25 dek 2020, 16:24
“Aliment fondunun yaradılması vacib məsələlərdən biridir. Bu gün bəzi analar var ki, aliment almaqda çətinlik çəkirlər”.

Demokrat.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Uzun müddət aliment ala bilməyən analar var ki, təklif edirəm, onların məşğulluq məsələsinə önəm verilməlidir.

İnanırıq ki, bir gün Aliment fondunun yaradılması məsələsinə də baxılacaq”, - komitə sədri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top