Azərbaycanda yeni uşaq telekanalı yaradıla bilər — AÇIQLAMA

SOSİAL 25 dek 2020, 12:43
“Türkiyənin TRT telekanalı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq layihəsi olaraq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”.

Demokrat.az xəbər verir ki, bunu AZTV-nin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə iş gedir:

“Amma bu bir-iki ilin işi deyil. Burada texnikalar alınmalı, kadr balansı olmalıdır. Hazırlıq və yayım prosesi üç-dörd il çəkir.

Uşaq televiziyası ən çox maliyyə tələb edən layihədir. Xaricdən cizgi filmləri alına bilər. Amma o filmlərdə milli ruh olmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top