Arayik Harutyunyanın “andiçmə mərasimi” keçirdiyi bina belə dağıdılıb: Onlara ölü… — YENİ VİDEO

QARABAĞ 25 dek 2020, 12:26
Məlum olduğu kimi, oktyabr ayının 4-də Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin başçısı Arayik Harutyunyanın Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.

Yeniavaz.com xəbər verir ki, Ermənistan mediası binanın vurulmasından qısa müddət sonra qeydə alınan video-görüntüləri yayıb.

Bildirilir ki, 4 oktyabr tarixində çoxlu sayda polis Nikol Paşinyanın birbaşa əmri ilə “Şuşa Mədəniyyət Evi” adlandırılan həmin binada toplanıblar və bu zaman binaya raketlə zərbə endirilib. 

İddia olunur ki, hadisə günü Milli Təhlükəsizlik Xidmətinin o zamankı direktoru Arqişti Karamyan Nikol Paşinyana məlumat verib. Paşinyan öldürülən polislərin adlarını gizli saxlamağı və bütün videoların yayımlanmasının qarşısını almaq üçün silinməsini tapşırıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top