Xankəndinin şimal ətrafı minalardan təmizlənildi


QARABAĞ 25 dek 2020, 08:30
Rusiyanın sülhmərməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini başa çatdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini qurtarır", - xəbərdə deyilir.

Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.

Qeyd edək ki, dekabrın 17-də Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top