Kəlbəcərin çıxışına qoyulan qapı bayrağımızın rənglərinə boyandı — FOTO

QARABAĞ 24 dek 2020, 00:14
Ermənilərin Kəlbəcərin çıxışına qoyduqları qapı bayrağımızın rənglərinə boyadılıb.

Demokrat.az bildirir ki, işğaldan azad edilən Kəlbəcər rayonunun Zod qızıl yatağı ilə bağlı mübahisəli məqamlar baş vermişdi.

Ermənilər sərhədi 1.5 kilometr irəli çəkərək qızıl yatağını öz ərazilərinə daxil etməyə çalışmışdı. Amma hərbçilərimiz buna imkan verməmiş, düşmənləri geri oturtmuşdular.

Sosial şəbəkədə bu gün yayılan fotoda isə ermənilərin öz bayraqlarının rənginə boyadıqları və irəli çəkdikləri sərhədin qapısının artıq Azərbaycan bayrağının rənglərinə boyanıldığı görünür.

"Yenisabah.az"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top