Şuşaya gedən Xalq artisti: “Ən böyük arzum gerçəkləşdi“

ŞOU-BİZNES 23 dek 2020, 15:55
Xalq artisti Tünzalə Ağayeva Şuşaya - Cıdır düzünə səfər etməsindən danışıb.

Demokrat.az xəbər verir ki, sənətçi Lent.az-a açıqlamasında bildirib ki, ən böyük arzusunu gerçəkləşdirib:

"Şuşaya səfər etmək adama möhtəşəm hiss bəxş etdi. Bu hissi sözlərlə izah etmək olmur. Sənət dostlarımla birgə musiqi beşiyimiz Şuşada olduq. Burada igid Azərbaycan oğullarını, əsgərlərini gördük. Başda Ali Baş komandan İlham Əliyev və ordumuzun sayəsində bu sevinci yaşadıq. Bu sevinc qəlbimizdə əbədi olacaq. Şuşanın möhtəşəm Gövhərağa məscidində sənət dostlarım azan səsləndirdi. Bu gözəl anları yaşadığım üçün özümü çox xoşbəxt hiss edirəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top