"Koronavirus testi 130 manat yox, 20 manat olmalıdır" — Deputat qiymətlərə etiraz etdi

GÜNDƏM 23 dek 2020, 15:45
Millət vəkili koronavirusla bağlı cəmiyyətdə yaranan suallara aydınlıq gətirilməsi məqsədi ilə dinləmələr keçirilməsini təklif edir.

Deputatlar koronavirusun başlandığı andan buna qarşı mübarizədə aktiv iştirak ediblər və bu fəaliyyətlərini davam etdirməkdədir.

“Bu gün Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən tibb xadimləri də var. Koronavirusla bağlı nə qədər işlər görülsə də, cəmiyyəti narahat edən suallar mövcuddur. Bunlar əsasən testlərin qiyməti, xəstələrə müalicə pakteni təqdim edilməsində ayrı-seçkiliyə yol verilməsi kimi narahat edən məsələlər var. Bu gün azərbaycanda testlər MDB məkanı ilə müqayisədə bahadır. Bu gün Azərbaycanda testlər 100-130 manat arasındadır. Hesab edirəm ki, bu sahədə monopoliya yaranmaqdadır. Kimlərsə yaranmış şəraitdən varlanmaq istəyir. Odur k, monopoliyanı aradan qaldırmaq və ekspress testlər təşkil etməklə qiyməti 20-23 manata səviyyəsinə endirmək olar. Hesab edirəm ki, Milli Məclisdəki tibb xadimlərinin iştirakı ilə cəmiyyəti narahat edən bu məsələlərlə bağlı bir dinləmə keçirilməlidir”, - Əli Məsimli bildirib.

Milli Məclis Sədri Sahibə Qafarova da belə bir dinləmənin keçirilməsinə qarşı çıxmayıb. Sədr Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova təklif edib ki, əgər belə bir dinləməyə zərurət varsa keçirilsin.(ölkə.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top