Türkiyə ordusu ilə bağlı daha bir qərar verildi

DÜNYA 23 dek 2020, 09:09
Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Parlamentin iclasında Əfqanıstana hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imazsı ilə Prezident Administrasiyasından TBMM-ə göndərilən qanun layihəsində Türkiyə Hərbi Qüvvələrinin beynəlxalq hüquq və qanun tələbləri çərçivəsində Liviyanın təhlükəsizliyinin təmin olunması üçün də daha 18 ay müddətinə bu ölkəyə dəstək verilməsi əks olunub.(pravda.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top