Sabiq deputatın qardaşı 286 min manatlıq tenderin qalibi oldu

GÜNDƏM 22 dek 2020, 15:26
“Azərbaycan Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsi  tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Peachline” MMC olub. Gənclər Fondu sosial video çarx çəkilişi, jurnal çapı, təbliğat və təşviqat xarakterli müxtəlif promo malların hazırlanması üçün “Peachline” MMC-yə 285 min 796 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Peachline” MMC 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub. MMC-nin qanuni təmsilçisi Fətiyev Elruz Nuru oğludur. Elruz Fətiyev eyni zamanda “Baku Hospitality Group” MMC-nin də qanuni təmsilçisidir.

Məlumat üçün bildirək ki, Elruz Fətiyev sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top