İkiqat olimpiya çempionu narkotikə görə həbs edildi

İDMAN 21 dek 2020, 21:49
Xizək idmanı üzrə ikiqat olimpiya çempionu Petter Nortuq azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, evində narkotik maddə aşkarlanan norveçli idmançı yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur.

Bu səbəbdən məhkəmə 34 yaşlı xizəkçinin 7 ay müddətinə həbsinə qərar verib.

Qeyd edək ki, P.Nortuq eyni zamanda 13 qat dünya çempionudur. O, 2 dəfə Dünya Kubokunun qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top