“Qarşıdan gələn günlərdə hava qeyri-stabil olacaq”

SOSİAL 21 dek 2020, 20:57
"Dekabrın iki ongünlüyü artıq geridə qalıb. Bundan sonra günlər uzanmağa, gecələr isə qısalmağa doğru gedəcək".

Demokrat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, ötən illərdəki dekabr ayları arasında builki dekabr havasına görə ən qeyri-sabit və dəyişkən aylardan biri hesab oluna bilər. Orta temperatur normaya yaxın olsa da, nəzərəçarpaçaq tərəddüd amplitudası qeydə alınıb. Belə ki, bu ayın 20 günündən 11-ində havanın temperaturu normanı 2° ötüb, 6 gün isə orta iqlim göstəricilərindən 3° aşağı olub.

U.Tağıyeva bildirib:

“Çoxillik göstəricilərə görə əksər rayonlarda yağıntılı günlərin sayı 6-9 günədək, Quba-Şamaxı və Lənkəran – Astara zonalarında isə 11-13 günədək olub.

Bu il yağıntıların miqdarı ölkə ərazisi üzrə qeyri-bərabər paylanıb. Lakin bəzi regionlarda müəyyən günlərdə kifayət qədər intensiv olub ki, bu da sanki təbiətin yay dövründəki defisitini örtmək üçün cəhdidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top