Gələn il Azərbaycanda devalvasiya ola bilər — İqtisadçıdan AÇIQLAMA

MALİYYƏ 21 dek 2020, 15:45
İqtisadçı ekspert Samir Əliyev 2021-ci ilin dövlət büdcəsində milli valyutanın məzənnəsi ilə bağlı proqnoza münasibət bildirib. 

Demokrat.az xəbər verir ki, o qeyd edib ki, Maliyyə Nazirliyinin büdcə ilə bağlı 2021-ci il proqnozunda devalvasiya gözləntisi var: “Bununla bağlı ayın sonunda Mərkəzi Bankın mövqeyini gözləməliyik”.

Qeyd edək ki, 2021- ci ilin dövlət büdcəsində məzənnə riski müəyyənləşib. Bildirilir ki, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top