Göyçə və Zəngəzur Azərbaycana qaytarılır?

QARABAĞ 21 dek 2020, 13:09
Bu gün bəzi erməni siyasətçiləri Zəngəzurun və Qafanın bəzi kəndlərinin noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq ödəniləcək 50 milyard dolların qarşılığında Azərbaycana qaytarılmasını təklif edir. Gələcəkdə azərbayacanlıların Zəngəzura və Qafana köçürülməsi məsələsi də gerçəkləşə bilərmi?

Deputat Nəsib Məhəməliyev bildirib ki, ermənilərin Zəngəzuru təzminat olaraq Azərbaycana qaytarması şayiədir:

"Gündəlikdə belə bir məsələ yoxdur. Zəngəzur, Qafan, Göyçə tarixi Azərbaycan torpaqları olsa da, beynəlxalq birlik tərəfindən Ermənistan ərazisi hesab olunur. Deportasiya nəticəsində öz yurdlarından qovulmuş azərbaycanlı qaçqınların o bölgələrə köçürülməsi ancaq Ermənistan dövlətinin razılığı ilə ola bilər. O da indiki halda real görünmür".(sonxəbər.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top