Milli Qəhrəman Riad Əhmədovun doğum günüdür

SOSİAL 20 dek 2020, 11:36
Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabrın 20-də Bakıda anadan olub. Onun ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.

Demokrat.az xəbər verir ki, R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
Milli Qəhrəman Riad Əhmədovun doğum günüdür | Report.az
R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşmüşdür.

Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Milli Qəhrəman Riad Əhmədovun doğum günüdür - FOTOLAR
Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Riad Əhmədov adına 203 №-li tam orta məktəb

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli filmi çəkilmişdir.
Riad Əhmədov — Vikipediya
2013-cü ildə xatirəsinə həsr olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbirin sonunda "Qayıt Riad" bədii-sənədli filmi nümayiş olunmuşdur.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top