Ərdoğan: "Son 18 ildə qurduğumuz güclü təməllər üzərində yeni Türkiyə inşa edirik"

DÜNYA 18 dek 2020, 23:10
Son 18 ildə qurduğumuz güclü təməllər üzərində yeni Türkiyə inşa edirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Kağıthane rayonunda yeni meydanın açılışı mərasimində bildirib.

Pandemiya və dünyada bununla bağlı getdikcə artan iqtisadi problemlərə baxmayaraq, Türkiyənin hədəflərinə doğru irəliləməyə davam etdiyini vurğulayan Prezident bunun bəzi ölkələr tərəfindən heyranlıqla qarşılandığını bildirib. O, Türkiyənin 2053-cü il hədəfləri baxımından 2023-cü il üçün nəzərdə tutulan planların vacibliyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top