Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclası başladı

XARİCİ SİYASƏT 18 dek 2020, 17:29
Azərbaycan- Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının bu gün başlayan 17-ci iclasında ikitərəfli münasibətlərin başlıca məqamlarına aydınlıq gətiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə iclasın əvvəlində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Azərbaycanın ən böyük ticarət tərəfdaşı və xarici sərmayədarının Avropa İttifaqı olduğunu xatırladan diplomat daha sonra deyib:

“Biz həmçinin bu ölkədə islahatları daha da inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək, idarəetmə qurumlarını gücləndirmək səylərində də əsas tərəfdaşlarıyıq. Münasibətlərimizlə bağlı hər şeyi, yəni koronavirusun fəsadlarını, habelə, sözsüz ki, son vaxtlar Dağlıq Qarabağda və ətrafında aparılmış irimiqyaslı hərbi əməliyyatlarını da müzakirə edəcəyik”.

Aİ rəsmisi noyabr ayının 10-da Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin ayrı-ayrı pozulması hallarına baxmayaraq, hələ də qüvvədə olduğunu xatırladıb:

“Məncə, Avropa İttifaqı regiondakı barışığın əldə edilməsində, sülhün bərpası və gücləndirilməsində mühüm rol oynayaraq Minsk qrupunun fəaliyyətini tamamlaya bilər”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək üçün Brüsselə gedib.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top