Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

SOSİAL 18 dek 2020, 10:01
COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.

Bu barədə Demokrat.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top