Rusiya prezidenti: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”

QARABAĞ 17 dek 2020, 16:30
Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsidir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bölgədəki vəziyyət kənar müdaxilə səbəbi ilə nəzarətdən çıxmayıb.

Putin Qarabağla əlaqədar imzalanmış razılaşmaya da toxunub.

O qeyd edib ki, razılaşmada əsas nəticə insanların həyatının qorunmasıdır, qalanları isə ikinci dərəcəli məsələlərdir.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top