Koronavirus testlərini özəl klinikalara da vermək lazımdır — TƏKLİF

SOSİAL 16 dek 2020, 23:13
Koronavirus testlərinin dövlət qiymətinə özəl klinikalarda da aparılması hazırkı dövrdə zəruridir.

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, testlərin həm çeşidini artırmaq, həm də dövlət qiymətinə özəl klinikalara vermək lazımdır. Belə olan halda insanlar çox xərc və əziyyət çəkmədən sağlamlıq vəziyyətləri barədə məlumat ala biləcəklər.

Musa Quliyevin digər təklifi budur ki, koronaviruslu xəstələrin müalicəsinə özəl klinikalar da cəlb olunsun. “İndi koronavirusla ağır müharibə gedir” deyən komitə sədrinin fikrincə, mübarizəyə daha çox qurum, o cümlədən vətəndaş cəmiyyəti və özəl sektor da cəlb olunmalıdır.

O əlavə edib ki, xəstəxanalarda, xüsusilə reanimasiya otaqlarında yer çatışmır. Pasiyentlər əksər hallarda ağırlaşmış formada xəstəxanalara gətirilirlər: “Bu səbəbdən ev şəraitində müalicə prosesi daha da gücləndirilməli və bura peşəkar mütəxəssislər cəlb olunmalıdır. Əgər evdə müalicə üçün tibb kadrlarının sayı çatmırsa, yəni sahə həkimləri bu işin öhdəsindən tam gələ bilmirsə, Tibb Universitetinin rezidenturasının yuxarı kursunda oxuyan tələbələr COVID-19-la mübarizə ilə bağlı qısa müddətli ixtisas kursu keçə bilərlər. Bununla yanaşı evdə müalicə paketinin tərkibinə yenidən baxılmalı və daha genişləndirilməlidir. Antiviral preparatlar da bura mütləq əlavə olunmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top