"Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var" — Vahid Əhmədov

GÜNDƏM 15 dek 2020, 16:21
"Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında olan görüşdə bildirdik ki, ümumiyyətlə müharibə artıq başa çatıb". 

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vahid Əhmədov deyib. 

Deputat bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var: “AMB sədrindən xahiş etdik ki, Banklar Assosasiyası ümumiyyətlə bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top