Bakıda iki nəfər bıçaqlandı

KRİMİNAL 15 dek 2020, 12:24
Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib.

Demokrat.az xəbər verir ki, Qaraçuxur qəsəbəsində 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

1978-ci il təvəllüdlü Cəlilov Elman Əmir oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Yasamal rayonunda da baş verib. 1978-ci il təvəllüdlü Təvəkkülov Şahin Xoşbəxt oğlu dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top