Aminin qohumu onun səhhətindən DANIŞDI

SOSİAL 15 dek 2020, 00:12
“Zəng edib bildirdilər ki, Amin artıq əsirlikdən qaytarılıb. Hazırda Bakıda xəstəxanadadır”.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri Vətən müharibəsi zamanı Ermənistan hərbçilərinə əsir düşmüş və bu gün Azərbaycana qaytarılan hərbçimiz Amin Musayevin qohumu Çinarə Əliyevə bildirib.

“Amin hazırda Bakıda xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğunu dedilər."-deyə, o qeyd edib.

Qeyd edək ki, bu gün daha bir neçə azərbaycanlı əsir vətənə gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top