Dilqəm Əsgərovun oğlu: "Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun"

SOSİAL 14 dek 2020, 19:14
"6 il əvvəl də demişdim ki, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu".

Demokrat.az bildirir ki, bu sözləri APA-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, prezidentə minnətdarlığını bildirib: "Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız".

Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün günorta saatlarında təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top