Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə 2783 ağac əkildi — FOTOLAR

SOSİAL 13 dek 2020, 14:00
Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Demokrat.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Millət vəkilləri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QMİ-nin Gəncədəki səlahiyyətli nümayəndəsi Tahir Abbasov iştirak ediblər.

Qeyd edilib ki, Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilənib.

Rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər ümumilikdə 2783 ağac əkiblər. Əsasən Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.(qafqazinfo.az)

 

 









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top