ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var — VİDEO


DÜNYA 13 dek 2020, 10:40
Vaşinqtonda Donald Trampın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında keçirilmiş aksiyalar zamanı toqquşmalar olub. Azı 23 nəfər polis tərəfindən saxlanılıb.

Bundan əlavə, Vaşinqton ştatının Olimpiya şəhərində silahlı qruplar arasında atışma olub. Nəticədə 2 nəfər yaralanıb. yaralıların vəziyyəti barədə hər hansı məlumat verilmir. Bir nəfər şübhəli şəxs saxlanılıb. 

Qeyd edək ki, Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Onlar nəticələrin Co Bayden tərəfindən saxtalaşdırıldığını iddia edirlər.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top