Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

HADİSƏ 12 dekabr 2020, 09:35
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Demokrat.az
bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. 

Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub. 

Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb. 

Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. 

Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top