İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

DÜNYA 11 dek 2020, 23:57
İranın Ankaradakı səfiri Məhəmməd Ferzamend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə olunub.

Səfirə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin tvit paylaşımına, sonra isə Türkiyənin Tehrandakı səfiri Derya Örsün İranın Xarici İşlər Nazirliyinə çağırılmasına, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış iddiaların ortaya atılmasına və beləliklə İranda Türkiyəyə yönəlik nifrət kampaniyasına başlanılmasına narazılıq ifadə edilib.

Bildirilir ki, Türkiyə XİN İran tərəfindən irli sürülən iddiaları rədd edib. Rəsmi Ankara İranın XİN başçısı Məhəmməd Cavad Zərifin tvitter ilə Türkiyəni hədəf seçməsinin qəbul edilməyəcəyini vurğulayıb.

Bundan əlavə, bu yanaşmanın Türkiyə ilə İran arasındakı yaxın münasibətlərə də uyğun olmadığı və münasibətləri pozmaq istəyən dairələrə xidmət etdiyi vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top