Bu axşam bulvarda atəşfəşanlıq olacaq

SOSİAL 10 dek 2020, 17:27
Bu gün Vətən müharibəsindəki qələbə münasibətilə təşkil edilən Zəfər paradının ardından qalibiyyət tədbirləri davam etdiriləcək.

Modern.az-ın məlumatına görə, axşam 19:00 - 20:00 radələrində Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, pandemiya, həmçinin qüvvədə olan “Hərbi vəziyyət haqqında” Qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top