MDB ölkələrinin sammiti bu tarixdə onlayn keçiriləcək

DAXİLİ SİYASƏT 09 dek 2020, 20:27
MDB ölkələri sammiti dekabrın 18-də onlayn rejimdə keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dekabrın 10-da sammit öncəsi MDB ölkələri xarici işlər nazirlərinin şurası təşkil olunacaq. 

Şurada koronavirsun fəsadlarının qarşısının alınması məqsədi ilə müştərək əməkdaşlıqla bağlı məsələlər müzakirə ediləcək. 

Bundan başqa, bəyəniləcəyi təqdirdə MDB ölkələri rəhbərlərinin müzakirəsinə veriləcək sənədlərə də baxış keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top