Ermənistanda koronavirusdan ölənlərin sayı 2 400-ə çatır

DÜNYA 09 dek 2020, 15:00
Ermənistanda daha 1 138 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 144 066 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 2 393-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 601-ə yüksəlib. İndiyədək 120 532 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 20 540 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top