Ekvadorda həbsxana qiyamında 6 nəfər öldü

DÜNYA 07 dek 2020, 19:22
Ekvadorun şimal-qərbdəki Esmeraldas əyalətindəki həbsxanada baş verən qiyam zamanı azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

İslah müəssisəsindəki iğtişaşlar təsir dairələri uğrunda mübarizə aparan iki rəqib qruplaşma tərəfindən təşkil edilib. Həbsxanada asayişi bərpa etmək üçün polisin xüsusi bölməsini cəlb etmək lazım gəlib.

Cəzaçəkmə müəssisəsi rəhbərliyinin nümayəndələrinin sözlərinə görə, iğtişaşlar zamanı məhkumlar qaçmağa cəhd etməyiblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top