Ermənistan küçə döyüşlərinə doğru...

DÜNYA 06 dek 2020, 23:28
Müxalifət Paşinyana 8 dekabradək vaxt verib: ya xoşluqla, ya zorla.

Ermənistan müxalifətinin “vahid namizədi” olan Vazgen Manukyanın 40 minlik mitinqdə hakimiyyətə açıq meydan oxuması, daha sonra etirazçıların baş nazirin iqamətgahını mühasirəyə alması, Paşinyana və ailəsinə fiziki təhdidlər səsləndirməsi #İrəvanda küçə döyüşləri ehtimalını önə çıxarır;

Vazgenin timsalında müxalifət təzyiqi gücləndirəcək; Paşinyan asanlıqla təslim olmayacaq, polis gücü ilə dirənəcək;

Nikol getməsə, müxalifət “vətəndaş itaətsizliyinə” başlayacağını açıqlayıb. İrəvanla yanaşı, digər bölgələrin də “itaətsizliyə” qoşulacağı gözlənilir: misal üçün, Sünik (Zəngəzur) bölgəsinin icma rəhbərləri hökumətin istefası ilə bağlı birgə bəyanat imzalayıb. 

“Qoca qurd” Ter-Petrosyan artıq “vətəndaş müharibəsi”nin ola biləcəyi təhlükəsindən bəhs edir. 

Bunun fonunda erməni cəmiyyəti “qarabağlılara” qarşı aqressiya fonunda haçalanır.

Mənzərə 90-cı illərin Azərbaycanını xatırlatsa da, çox fərqlidir:

- Azərbaycan kapitulyasiyaya imza atmamışdı, yəni Qarabağın işğalı ilə barışmamışdı;

- Paşinyandan fərqli olaraq, Elçibəy hakimiyyət uğrunda döyüşmürdü və dövlətə təhlükə yarananda getməyin vaxtı olduğunu anlayacaq qədər böyük adam idi;

- Bizim Heydər Əliyevimiz var idi, Ermənistanda belə bir şəxsin ortaya çıxacağı görünmür: 74 yaşlı Vazgenin güc tətbiqi və bölgənin yeni şərtlərini anlamadan anti-Türkiyə çıxışları yeni dövrə adekvat olmadığını deməyə əsas verir;

Asif Nərimanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top