Hadrutda Azərbaycan banklarına aid ilk bankomat quraşdırıldı — FOTO

MALİYYƏ 06 dek 2020, 15:29
İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur işləri görülməkdə davam edir.

Belə təşəbbüslərdən biri də Azərbaycan banklarına aid bankomatların sözügedən ərazilərdə quraşdırılmasıdır.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankına aid səyyar bankomat işğaldan azad edilmiş Hadrut qəsəbəsində quraşdırılıb.

Artıq ərazidə olan şəxslər - hərbçilər və digər vətəndaşlarımız bankomatın xidmətlərindən istifadə edə bilərlər. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top