Şimali Koreyada koronavirusla bağlı karantin rejimini pozan şəxs edam olundu

DÜNYA 05 dek 2020, 16:57
Şimali Koreyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin rejimini pozan şəxs xalqın gözü qarşısında güllələnərək edam edilib.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Şimali Koreya lideri Kim Çen Inın qərarına əsasən, sərhəddə xidmət edən hərbçilərə Çindən ölkəyə icazəsiz keçənləri güllələmək əmri verilib.

O, karantinlə bağlı bir sıra göstərişlər verib. Həmin göstərişlərə əsasən, koronavirusdan qorunmaq üçün dənizdə balıq tutmaq da qadağandır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top