Görüntüsünün "tik-tok"da paylaşılmasına etiraz edən şəxs döyüldü

HADİSƏ 05 dek 2020, 10:53
Mingəçevirdə 36 yaşlı kişi döyülüb.

Demokrat.az xəbər verir ki, hadisə gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin məlumata görə, görüntüsünü icazəsiz sosial şəbəkəyə yerləşdirilməsi onun ciddi etirazına səbəb olub. Görüntüsünün "tik-tok"dan yığışdırılması tələbini dinləməyən tanıdığı şəxs onu döyərək çoxsaylı bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top