Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi — VİDEO

SOSİAL 04 dek 2020, 14:26
Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 

Baku TV xəbər verir ki, bununla bağlı ölkənin hər yerində: məscidlərdə, kilsə və sinaqoqlarda şəhidlərimizin ruhuna dualar oxunub. Belə anım mərasimlərindən biri də Dağ Yəhudiləri Dini İcması tərəfindən həyata keçirilib.

Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

Xatırladaq ki, Vətən müharibəsində 2 783 hərbi qulluqçumuz şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top