Daha bir medalın statusu müəyyənləşdi

SOSİAL 01 dek 2020, 20:05
Prezident İlham Əliyev “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki şəxsləri, habelə fədakar əməyinə görə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslərin əməkdaşları təltif ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top