Lavrovdan hərbi əsirlərlə bağlı AÇIQLAMA

QARABAĞ 01 dek 2020, 20:18
“Rusiya Dağlıq Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsini müşahidə etmir. Ancaq prosesin irəliləməsi üçün obyektiv çətinliklər var”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında deyib.

“Hərbi əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi prosesini ləngitmək üçün qəsdən atılan addımlardan danışmaq çətindir. Biz bunu görmürük. Ancaq obyektiv çətinliklərin olması həqiqətdir. Ümid edirəm, bu, tezliklə həllini tapacaq”, - deyə Lavrov bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top