Bakıda futbol məşqçisi şagirdlərinə təcavüz etdi

KRİMİNAL 01 dek 2020, 10:33
Bakıda yetkinlik yaşına çatmayan üç oğlana təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Elsevər Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elsevər Məlikov özünü futbol məşqçisi kimi təqdim edərək icarəyə götürdüyü Sabunçu rayonu Sabunçu qəsəbəsində 2019-cu ilin may ayının ortalarında futbol təlimi keçmək üçün qəbul etdiyi 2005-ci il təvəllüdlü Samir Vəliyevə (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib red.)qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, o, Samir Vəliyevin məşq zalında çarpayıda uzanmış vəziyyətdə olmasından və orada onlardan başqa heç kimin olmamasından istifadə edərək cinsi ehtirasını təmin etmək niyyəti ilə ona qarşı cinsi zorakılıq göstərib, həmin vaxt Samir ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, Elsevər Məlikov həmin ünvanda 2019-cu ilin iyun ayının ortalarında cinsi ehtirasını təmin etmək üçün futbol üzrə təlim keçməyə qəbul etdiyi 2006-cı il təvəllüdlü Sadiq Əhmədova qarşı təcavüz edibş O, Samir Əhmədovun köməksiz vəziyyətindən istifadə edib və əlindən tutaraq özünə tərəf çəkib.

Elsevər Məlikov zor tətbiq etməklə Sadiq Əhmədovu qucaqlayıb, bədənini onun bədəninə sürtməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Daha sonra Elsevər Məlikov 2019-cu ilin iyul ayının 13-14 tarixlərində gecə cinsi ehtirasını təmin etmək üçün futbol təlimi keçmək üçün tanış olduğu 2004-cü il təvəllüdlü Sahib Babayevin istifadəsində olan mobil telefonuna “Vhat Sapp” proqramı vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəyə girməyi təklif edib, pornoqrafik sayılan cinsiyyət orqanının şəklini göndərməklə zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Elsevər Məlikovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində s eksual xarakterli zorakılıq hərəkətləri törətmək), 153.3-cü (əxlaqsız hərəkətlər, b u Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər Məlikov 10 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elsevər Məlikov apelyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsi, onun əməlinə görə maddənin sanksiyasının aşağı həddindən yüngül cəza verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib.

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilməyib, cinayət qanunun normalarının tətbiqində səhv nəticəyə gəlinib, məhkəmə hökm çıxaran zaman onun ilk məhkumluğunu, subay olmasını, 2-ci qrup əlil qardaşının onun himayəsində olmasını nəzərə almayıb, ona ağır cəza verib. O, öyrədilmiş adamların böhtanına məruz qalaraq məhkəmə tərəfindən ağır cəzaya məhkum edilib.

Elsevər Məlikovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə verilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Elsevər Məlikovun şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top