İşıq pulu ilə bağlı əhaliyə ŞAD XƏBƏR

SOSİAL 30 noy 2020, 13:10
2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub. 

Demokrat.az
"baxar.az" saytına istinadən xəbər verir ki, artıq bununla bağlı hökumətdə müzakirələr gedir. 

Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq. 

Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı. 

Hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top