Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanıldı

KRİMİNAL 29 noy 2020, 16:19
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.

Bu barədə Demorkat.az-a Daxili işlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib.

Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top