“Putinlə peyvənd idxalını müzakirə edirik” — Ərdoğan

DÜNYA 28 noy 2020, 11:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə koronavirus peyvəndlərinin idxalını müzakirə etdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyə və Çin Səhiyyə Nazirlikləri səviyyəsində bu sahədə dialoq aparılır.

Onun sözlərinə görə, koronavirusa qarşı yerli peyvəndin yaradılması üzrə fəal iş davam edir.

Dövlət başçısı son günlər Türkiyədə “COVID-19”un sürətlə artmasını da şərh edib: “Təəssüf ki, koronavirus səbəbindən yoluxma və ölüm statistikası artır. Bu da bizi narahat etməyə bilməz”.

Türkiyə Prezidenti vətəndaşları sosial məsafə tədbirlərini nəzərə almağa və maska taxmağa çağırıb: “Bu, xüsusilə böyük şəhərlərin sakinlərinə aiddir. Əks təqdirdə xəstəliyin artması qaçılmazdır”.

Türkiyə lideri ölkənin xəstəxanalarında yer azlığı olmadığını da qeyd edib.(qafqazinfo.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top