Davutoğlu koronavirusa yoluxdu

DÜNYA 27 noy 2020, 18:31
Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.

“Report” “Yeniçağ” qəzetinə istinadən xəbər verir ki, bunu partiyanın sözçüsü Serkan Özcan deyib.

“Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.

Qeyd edək ki, Ahmet Davutoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top