Britaniyanın Azərbaycandakı səfiri AİH-in İcraçı Direktoru ilə görüşdü — FOTO

XARİCİ SİYASƏT 26 noy 2020, 23:35
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru ilə görüşüb.

Bu barədə səfir öz “Twitter” səhifəsində bildirib.

“Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovla görüşdüm. AİH-in yaradılması təqdirəlayiqdir. Yeni quruma fəaliyyətində uğurlar arzu edirəm”, - deyə səfir qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top