“Black Belt 1” layihəsinə yekun vuruldu ​ – FOTOLAR

İDMAN 26 noy 2020, 22:18
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının təşkilatçılğı ilə dünyada ilk dəfə keçirilən və 10 Noyabr Qələbə Gününə həsr olunan “Black Belt 1” layihəsinə yekun vurulub. 

Demokrat.az
-ın xəbərinə görə, layihənin qran-pri mərhələsinə vəsiqə qazanan 4 oğlan və 4 qız karateçi arasından “ən yaxşı oğlan” və “ən yaxşı qız” idmançılarının adına aydın gətirilib. 

Beləliklə, Qran-prinin qalibi adına oğlanlar arasında Hüseyn Məmmədov, qızlar arasında isə Humay Həsənli layiq görülüb. Hər iki qalibə yarışın təşkilatçıları tərəfindən pul mükafatı təqdim olunub. Ən güclü oğlan və qız karateçilərin müvafiq ardıcıllığı belə olub:

Oğlanlar:
1.Hüseyn Məmmədov
2.Orxan Musayev
3.Amil Abbaslı
3.Ülvi Məmmədov

Qızlar:
1.Humay Həsənli
2.Fidan Rüstəmova
3.Alika Semixova
3. Mədinə Kazımova

Ən güclülər isə layihənin final mərhələsinin fəxri qonaqları olan Azərbaycanın aşağıda adları göstərilən tanınmış idmançılarının seçimi əsasında müəyyənləşib:

1.Azərbaycan Strongmen Federasiyasının prezidenti, Poverliftinq üzrə 8 qat Dünya və Avropa Çempionu, Prezident mükafatçısı – Bəxtiyar Quliyev
2.Uşu - Sanda ürzə Dünya çempionatının ilk Azərbaycanlı mükafatçısı – Bəhruz Sadıxov   
3. "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 7 qat Avropa çempionu, 25 qat dünya çempionu, Əməkdar idman ustası – Eduard Məmmədov
4.Karate üzrə 5 qat Dünya Çempionu, 11 qat Avropa Çempionu, Dünya karatesinin “brilliantı” – Rafael Ağayev
5.Sərbəst güləş üzrə 3 qat Dünya və Avropa Çempionu, İslam Oyunları və Avropa Oyunlarının qalibi, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı – Hacı Əliyev
6.Boks üzrə XXIX Yay Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa Çempionatının 2 qat gümüş mükafatçısı, Əməkdar idman ustası – Şahin İmranov 
7.“Black Belt 1” layihəsinin rəhbəri, karate üzrə dəfələrlə Dünya və Avropa çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi – Arif Məmmədov
8.Taekvondo üzrə Avropa çempionu, milli komandanın baş məşqçisi, Əməkdar məşqçi – Elnur Amanov.

Qiymətləndirmə balları verən və tanınmış idmançılardan ibarət münsiflər heyəti rəsmi olaraq “Black Belt 1” layihəsinin səfirləri seçiliblər.

Qeyd edək ki, layihənin ilkin mərhələsində 58 oğlan və 17 qız idmançı qüvvəsini sınayıb.  Oğlanların yarışında Hüseyn Məmmədov, Orxan Musayev, Amil Abbaslı, Ülvi Məmmədov, qızların mübarizəsində isə Humay Həsənli, Fidan Rüstəmova, Mədinə Kazımova və Alika Semixova son 4-lüyə qalıblar. Qran-priyə vəsiqə qazanan bu karateçilər diplom və medala layiq görülməklə bərabər, aktivlərinə reytinq xalları da əlavə ediblər. 

Xatırladaq ki, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının həyata keçirdiyi “Black Belt 1” adlı layihəsi qurumun prezidenti Ülvi Quliyev və İdarə Heyətinin üzvü, layihə rəhbəri Arif Məmmədovun başçılığı altında təşkil olunub və müsabiqənin əsas devizi “Evdə qal, idmansız qalma!” olub.










 
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top