Azərbaycanda qadın iki qardaşı ilə insan alveri ilə məşğul olub

KRİMİNAL 26 noy 2020, 14:21
Azərbaycanda qadın alverində ittiham olunan Arzu Qəhrəmanova, onun qardaşları Azər Qəhrəmanov və Rəşad Qəhrəmanovun barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 7-nə təyin olunub.

Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top